İtaliya futbolunun tanınmış məşqçilərindən Marselo Lippi karyerasını başa vurmaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, o, 2014-cü ildə təqaüdə çıxacağını açıqlayıb. 

Hazırda Çinin "Quançjou" klubunu çalışdıran Lippi bunun üçün müqavilə müddətinin bitməsini gözləyir: "Mənim bu klubla müqaviləmin başa çatmasına 1 il qalıb. Anlaşma müddəti yekunlaşdıqdan sonra karyeramı bitirəcəyəm. Lakin futbolda funksioner kimi və ya hansısa vəzifədə qalacağam".
 
Qeyd edək ki, Lippinin ən böyük uğuru 2006-cı ildə İtaliya millisini dünya çempionu etməsidi.

Shares: