Azərbaycanın ən çılğın azarkeşi, “UltrAslan Azərbaycan” dərnəyinin prezidenti Ceyhun Əzizli Bakıya qayıdıb. Futbolinfo.az xəbər verir ki, bir müddət əvvəl maddi çətinlik ucbatından fan-klubun fəaliyyətini müvəqqəti dayandıran Əzizli, işləmək üçün Qazaxıstana üz tutmuşdu.
Azərbaycanın ən böyük fanatı bildirib ki, bayramla əlaqədar doğmalarına baş çəkmək üçün Azərbaycana gəlib. Ceyhun Əzizli Azərbaycanda qalıb-qalmayacağı ilə bağlı məsələyə fan-klub üzvləri ilə görüşdən sonra qərar verəcəyini söyləyib.





