Madrid “Real”ının hücumçusu Vinisius Junior sosial şəbəkələrdəki bütün paylaşımlarını silib və profilindən klubla bağlı bütün qeydləri götürüb.

Bu addım futbolçunun yeni müqavilə ilə bağlı “Real”la davam edən çətin danışıqları və onun “Arsenal”a mümkün transferi barədə yayılan xəbərlər fonunda atılıb. Bildirilir ki, braziliyalı hücumçu illik 22 milyon avro maaş nəzərdə tutan yeni müqavilə təklifini qəbul etməyib. Bəzi KİV-lərin iddiasına görə, “Arsenal” artıq futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Vinisius 2018-ci ildən “Real”da çıxış edir və ötən mövsüm 53 oyunda 22 qol vurub, 14 məhsuldar ötürmə edib.

Shares: