İkiqat MBA çempionu və məşhur “Inside the NBA” verilişinin 61 yaşlı analitiki Kenni Smit 41 yaşlı xorvatiyalı blogger Tia Jurçiç ilə ailə qurub.
Məlumata görə, cütlük Əbu-Dabidə keçirilən basketbol tədbirlərindən birində tanış olub. Tia Yurçiçin əvvəlki nikahından olan oğlu Domenik Kenny Smitə ingilis dilində yaxınlaşaraq söhbət edib və bu tanışlıq sonradan Smitlə Yurçiç arasında münasibətin yaranmasına səbəb olub.
Tia Yurçiç sosial şəbəkələrdə geniş izləyici auditoriyasına malik fenomendir və o, keçmiş basketbolçu Kris Uorrenlə nikahından Domenik adlı oğul övladına sahibdir. Bu nikah Yurçiç üçün üçüncü, Kenni Smit üçün isə ikinci boşanmadan sonrakı üçüncü evlilikdir. Smitin keçmiş həyat yoldaşı Qvendolin Osbornla nikahından iki övladı var.
