Serbiyada ilin futbolçusu adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, “Çelsi”nin şərəfini qoruyan müdafiəçi Branislav İvanoviç 2013-cü ildə ölkəsinin ən yaxşı futbolçusu seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Artıq 2-ci dəfədi ki, bu mükafatı qazanan İvanoviç fikirlərini mətbuatla bölüşüb: “Ötən mövsüm laureat olanda bunun mənim üçün böyük şərəf olduğunu demişdim. İndi isə ölkəm 2-ci dəfə məni seçəndə artıq hisslərimi büruzə verməyə söz tapa bilmirəm. Bu mükafat məni bir qədər də ruhlandıracaq".





