Madrid “Atletiko”sunun qapıçısı Tibo Kurtuanın klubdan ayrılma ehtimalı rəhbərliyi alternativ axtarışlarına sövq edib. Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisində icarə əsasında oynayan belçikalı qapıçının mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilir.
Hazırda isə La Liqa klubunun əsas hədəfinin “Trabzonspor”un qapıçısı Onur Kıvrak olduğu bildirilir. Türkiyə mətbuatına inansaq, İspaniya təmsilçisi artıq yanvarda 25 yaşlı qolkiperin keçidini həll etməyə çalışacaq. Transferin dəyəri 5 milyon avro məbləğində dəyərləndirilir.





