2013-cü ilin "Globe Soccer Awards" mükafatı sahibini tapıb. Futbolinfo.az xəbər verir ki, Dubayda keçirilən təntənəli mərasimdə Portuqaliya millisinin və Madrid "Real"ının ulduzu Kriştianu Ronaldo fəxri mükafata layiq görülüb.
O, azarkeşlər arasında keçirilən səsvermədə 58 % etibar qazanaraq dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb. Onun əsas rəqibi Lionel Messi isə cəmi 9 % səs toplamaqla böyük təəccüb doğurub. Növbəti yerləri Andres İnyesta və Məsut Özil tutub.





