MBA əfsanəsi Lebron Ceymsin qolfla bağlı şəxsi yutub kanalı fəaliyyətə başladıqdan cəmi iki gün sonra 480 mindən çox abunəçi toplayıb. Bu göstərici ilə kanal artıq MBA-nın 27 klubunun rəsmi kanallarını geridə qoyub.
Ceymsin kanalından daha çox abunəçisi olan cəmi üç komanda var: “Los-Anceles Leykers”, “Qolden Steyt Uorriors” və “Orlando Mecik” (872 min).
Bununla belə, Ceymsin kanalı indiyədək cəmi bir tammetrajlı video və dörd “YouTube Shorts” yayımlayıb. Müqayisə üçün, “Leykers”in rəsmi YouTube kanalının 5300-dən çox videosu və 4,53 milyon abunəçisi, “Uorriors”un isə təxminən 8400 videosu və 2,32 milyon abunəçisi var.
Ceymsin kanalı abunəçi sayına görə onun hazırkı klubu “Filadelfiya Siksers”i, MBA-nın son çempionu “Nyu-York Niks”i və 2025-ci ilin çempionu “Oklahoma-Siti Tander”i də geridə qoyub.
