17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, U-17-nin baş məşqçi vəzifəsi Mirbağır İsayevə həvalə edilib.
 
Xatırladaq ki, İsayev vaxtilə "Abşeron" və "Kəpəz" klublarında baş məşqçi işləyib.
Shares: