"Milan"ın gənc futbolçusu Stefan El-Şaaravinin zədəsi barədə dəqiq və rəsmi açıqlama verilib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Misir əsilli qolçunun 10 həftə yaşıl meydanlardan uzaqda qalacağını açıqlayıb.
Gənc hücumçu artıq əməliyyat olunub və müalicə üçün həkim nəzarətinə götürülüb.
Bununla da El-Şaaravi Çempionlar Liqasının 1/8 finalında "Atletiko" ilə matçlarda forma geyə bilməyəcək.





