Artıq əksər beynəlxalq federasiyalar rusiyalı və belaruslu idmançılara qarşı məhdudiyyətləri aradan qaldırır.
Beynəlxalq Xizək İdmanı və Snoubord Federasiyası (FIS) da 2026/2027-ci illər mövsümündə Rusiya və Belarus idmançılarının öz himayəsi altında keçirilən yarışlara neytral statusda buraxılmasına qərar verib. Qərar sentyabrın 1-də İsveçrədə keçirilən iclasda qəbul olunub və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyələrinə əsaslanıb.
Neytral status yalnız fərdi yarışlarda iştirak etməyə imkan verir və idmançılara ölkə bayrağı, himn və milli forma kimi simvollardan istifadə etmək qadağandır. Həmçinin rusiyalı və belaruslu idmançılar FIS yarışlarında iştirak üçün federasiyanın müəyyən etdiyi prinsiplərə əsaslanan neytrallıq bəyannaməsini imzalamalı və bütün antidopinq tələblərinə cavab verməlidirlər.
Qeyd edək ki, 2025/2026 mövsümündə rusiyalı xizəkçilər Darya Nepreyeva və Saveli Korostelyov Dünya Kubokunun mərhələlərində neytral statusda çıxış edib, Nikita Denisov bu statusu alsa da, mövsüm ərzində yarışa qatılmayıb.
