“Vuelta” velosiped yarışında 15-ci mərhələnin qalibi müəyyənləşib.
Palma-del-Rio ilə Kordova şəhərləri arasındakı 110,2 kilometrlik məsafəni ən tez qət edən iştirakçı “Visma”nın belçikalı üzvü Vaut van Art olub. O, finiş xəttinə startdan 2 saat 35 dəqiqə sonra çataraq yarışda ikincə dəfə mərhələni lider kimi tamamlayıb.
“XDS Astana” komandasını təmsil edən italiyalı Alessandro Romele van Artla eyni nəticəni göstərsə də, ikinci yerlə kifayətlənib. “Lidl – Trek” komandasında çıxış edən belçikalı Tibo Nis isə mübarizəni üçüncü sırada başa vurub.
15 mərhələdən sonra ümumi sıralamada Enrik Mas liderliyini davam etdirir. “Movistar”ın ispaniyalı velosipedçisi 52 saat 5 dəqiqə 56 saniyəlik ümumi nəticə ilə ilk sıradadır. “Decathlon”un avstriyalı üzvü Feliks Qall liderdən 2 dəqiqə 6 saniyə geridə qalmaqla ikinci pilləni tutur. “Red Bull”un sloveniyalı velosipedçisi Primoj Roqliç isə Masla arasındakı fərqi 2 dəqiqə 10 saniyəyə çatdıraraq üçüncü yerdə qərarlaşıb.

