“Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi, reytinqdə dünya üçüncüsü, ispaniyalı tennisçi Karlos Alkaras “US Open”də yarımfinala yüksələ bilməyib. 1/4 finalda o, dünya reytinqinin 9-cu pilləsində qərarlaşan ABŞ təmsilçisi Ben Şeltona uduzub.
Görüş 7:6, 1:6, 3:6, 6:1, 6:7 hesabı ilə başa çatıb.
Oyun 4 saat 28 dəqiqə davam edib. Şelton 7 dəfə eys edib, 2 qoşa səhvə yol verib və qazandığı 16 breyk imkanından 5-ni reallaşdırıb. Alkarasın aktivində isə 3 eys, 7 qoşa səhv və 3 breyk var.
Ben Şelton finala vəsiqə uğrunda dünya reytinqində 12-ci olan həmyerlisi Frensis Tiafo ilə qarşılaşacaq.

