"Çelsi"nin baş məşqçisi Joze Mourinyo komandanın ispan futbolçu Xuan Mata ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, dünən Premyer Liqada "Sauthempton"la matçda əvəzləndiyi üçün əsəbiləşən və oturacağı yumruqlayan Matanın klubdan göndəriləcəyinə işarə vurub:
"Matanın hərəkətini görmədim. Amma o, nəticəyə görə narahat idi. Matçın sonundə Mata da çox sevinirdi. Ona komandada saxlamaq istəyirəm. Amma o, “Çelsi”dən ayrılmaq istəsə, buna mane olmaram".
Məlumatınız olsun ki, ötən mövsüm “Çelsi”nin pleymeykeri vəzifəsini icra edən Mata Mourinyonun gəlişindən sonra əsas heyətə düşməkdə çətinlk çəkir.





