İsveçin “Mölde” klubunun baş məşqçisi Ola Qunnar Sulşir postundan ayrılıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun İngiltərə Premyer Liqasından təklif almasıdı.
“Mançester Yunayted”in sabiq oyunçusu “Kardiff Siti”dən gələn təklifi müsbət qarşılayıb. O, klub prezidenti ilə görüşdükdən sonra belə bir qərara gəlib.
Artıq Sulşir komandaya hansı futbolçuları gətirəcəyini də müəyyənləşdirməyə başlayıb. Rəhbərlik bunun üçün Sulşirə 25 milyon funt pul ayırıb. Britaniya mətbuatı onun “Blekpul”dan Tomas İns , “Mölde”dən Mats Möller Daeli və “Herenven”dən Alfred Finboqasonla maraqlandığını qeyd edir.





