"Kəpəz"dən daha bir futbolçunun ayrılması gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, gəncəlilərin ən məhsuldar oyunçusu olan Mehdi Mehdiyev çıxış etdiyi klubun hazırkı vəziyyətini nəzərə alaraq "sarı-göylər"i təkr etmək fikrindədi.
Nizami yurdunun təmsilçisinin çempionatda vurduğu 15 qoldan 6-na imza atan Mehdiyev "Kəpəz"in çıxışının onun məqsədləri ilə üst-üstə düşmədiyini düşünərək, daha iddialı komandada oynamağı götür-qoy edir. Daha dəqiqi desək, o, keçmiş komandasına dönmək istəyir. Belə ki, onun xidmətlərində ötən il şərəfini qoruduğu "Qaradağ Lökbatan" maraqlıdı. Lakin futbolçunun altı aylıq müqaviləsinin qalması bu keçidə problem yaradır. Üstəlik, məlum limitlə bağlı çətinliyi olan Gəncə klubu 20 yaşlı hücumçunu asanlıqla əldən vermək istəmir.





