Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldoya ölkəsində daha bir fəxri mükafata layiq görülüb. Futbolinfo.az xəbər verir ki, forvard "Dövlət Nişanı" ilə təltif edilib.
 
Portuqaliyanın dünyada tanınmasında böyük rol oynadığı və gənc nəslə örnək olduğu üçün bu mükafata layiq görülən 28 yaşlı hücumçu "Dövlət Nişanı"nı rəsmi olaraq gələn həftə Lissabonda keçiriləcək tədbirdə alacaq.
 
Ronaldo Portuqaliya millisinin formasını 109 dəfə geyib.
Shares: