Braziliyanın “Atletiko Mineyro" klubunun yarımmüdafiəçisi Ronaldinyo yaxın vaxtda başqa kluba keçəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu özü açıqlama verib:
 
"Hazırkı komandada qalmaq barədə hələ ki düşünməm. İndi dincəlirəm, bütün işlərimlə qardaşım məşğul olur. Harada oynayacağıma o qərar verəcək. İstirahətdə olduğum üçün futbol haqda danışmaq istəmirəm. Sadəcə, dincəlirəm".
 
Qeyd edək ki, Ronaldinyonun "Beşiktaş"a keçmə ehtimalının daha böyük olduğu bildirilir.
Shares: