Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç komandasının Qətərdəki təlim-məşq toplanışı haqda danışıb. Futbolinfo.az xəbər verir ki, isveçli forvard Paris klubunun burada Madrid “Real”ıyla yoldaşlıq görüşündən də danışıb:
"Hazırlıqlarımız yüksək səviyyədə keçir. Üzərimizdə çox çalışırıq və hazırda yaxş formadayıq. Gün ərzində iki məşq keçirik ki, bu da bizə kifayət edir. İkinci dövrədə daha yaxşı çıxış edəcəyimizə inanıram. "Real"la yoldaşlıq görüşünə gəlincə biz həmin matçda yaxşı oynadıq. Məğlubiyyətə baxmayaraq, xeyli qol imkanları yaratdıq. "Real"la eyni səviyyədə olduğumuzu deyə bilmərəm. Ancaq bizim əsas məqsədimiz titul qazanmaqdı".





