"Neftçi"yə transfer olunacağını açıqlayan Luis Karlos Ruis gələn həftənin ilk günündə Bakıya gələcək. Futbolinfo.az xəbər verir ki, bu barədə kolumbiyalı forvad özü açıqlama verib.
O, gələn həftə Bakıya gələrək "ağ-qaralar"ın toplanışına qatılacağını açıqlayıb. Lakin "Neftçi" rəhbərliyi xəbəri təkzib edib.
Ruis bir neçə gün öncə belə bir xəbər də yaymışdı: "Bakı "Neftçi"si mənim yeni komandamdı. Onlarla 4 illik müqavilə imzalayacağam". Lakin "Neftçi" o zaman da bu transferlə bağlı xəbərləri təkzib etmişdi.
Onu da qeyd edək ki, 26 yaşlı forvard karyerasına Kolumbiyanın "Barranquilla" (32 oyun, 18 qol) klubunda başlayıb. 2008-ci ildə "Junior"a keçən Ruis 197 matçda 35 dəfə fərqlənib.





