"Ştuttqart"ın yarımmüdafiəçisi Tunay Torun karyerasını Türkiyədə davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, futbolçu superliqanın favoritlərindən "Kasımpaşa" ilə razılığa gəlib.
 
Rəsmi müqavilə isə yaxın günlərdə imzalanacaq. Xatırladaq ki, 23 yaşlı Torun "Ştuttqart"da forma şansı tapa bilmir. Bu komandaya "Herta"dan keçən oyunçu cəmi bir matçda meydanda olub.
 
Müqavilənin detalları gizli saxlanılıb.
Shares: