Yanvarın 10-dan 12-dək İsveçrənin Bern şəhərində eşitməqüsurlu əlillərdən ibarət yığma komandalar arasında futzal üzrə Avropa mini-turniri keçiriləcək. Futbolinfo.az xəbər verir ki, eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığma komandası mini-turnirdə iştirak edəcək.
 
Yığmamızın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
 
11 yanvar, saat 12:00
Belçika – Azərbaycan
 
11 yanvar, saat 21:00
İsveçrə – Azərbaycan
 
12 yanvar, saat 11:00
Azərbaycan – Finlandiya
 
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Shares: