Madrid "Real"ının lideri Kriştianu Ronaldo "Qızıl Top" mükafatının təqdimetmə mərasiminə qatılacaq. Futbolinfo.az xəbər verir ki, bu haqda o özü mətbuata danışıb. Portuqaliyalı "Selta" ilə matçdan sonra açıqlamasında yanvarın 13-də İsveçrədə baş tutacaq tədbirdə iştirak edəcəyini deyib.
Xatırladaq ki, Ronaldo FİFA prezidenti Yozef Blatterin onun haqda dediyi fikirləri bəyənmədiyi üçün mərasiminə qatılmaq istəmirdi.
Yeri gəlmişkən, Ronaldo "Selta" ilə matçda daha bir uğura imza atıb. Forvard 10 dəqiqə ərzində dubl etməklə karyerası ərzində vurduğu qolların sayını 400-ə yüksəldib. Bu həm də onun “Real”dakı 230-cu qolu olub.





