FİFA prezidenti Yozef Blatter DÇ-2014 üçün aparılan hazırlıqların ləng getməsindən narazıdı. Futbolinfo.az xəbər verir ki, o, bu barədə İsveçrə mətbuatına açıqlamasında danışıb.
Ali futbol qurumunun rəhbəri işlərin yavaş getməsində təşkilatçı ölkə Braziliyanı günahlandırıb: “Hələ də 6 stadion hazır deyil. İndiyə qədər heç bir ölkədə dünya çempionatının hazırlıqları axsamayıb, amma Braziliya 12 stadiondan 6-nı təhvil verə bilmir. Halbuki, arenalar dekabrın 31-dək təhvil verilməli idi. Problem təkcə stadionlarda deyil. Otellər, hava limanları və yollarda işlər davam edir. Digər ölkələrə dünya çempionatına hazırlıq üçün 6 il vaxt verildiyi halda Braziliyaya 7 il vermişdik. Lakin işin ciddiyətini gec anladılar və hazırlıqlara gec başladılar. İqtisadi cəhətdən Braziliyadan daha zəif olan və DÇ-2010 üçün hər şeyi sıfırdan quran CAR belə onlardan daha yaxşı çalışmışdı".
Qeyd edək ki, mundialın başlamasına 5 ay qalıb.





