“Çelsi”nin ispan ulduzu Xuan Mata qarşıdakı günlərdə “Napoli”yə keçə bilər. İngiltərə mətbuatına inansaq, yarımmüdafiəçi Londonu tərk etməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, 25 yaşlı oyunçunun adı “Real”, “Barselona”, “İnter”, PSJ kimi klublarla hallansa da, “Napoli” “zadəganlar”la razılığa gələn ilk komanda olub.
 
Hazırda Neapol klubunu çalşdıran “Çelsi”nin ötən mövsümkü baş məqşçisi demək olar ki, hər matçda Mataya əsas heyətdə şans verirdi. Lakin Joze Mourinyonun gəlişindən sonra Mata ehtiyat oyunçular skamyasına məhkum olunub. Əsas heyətdə daimi çıxış edəcəyi klub axtaran Matanın da Benitezlə yenidən çalışmağa müsbət yanaşdığı iddia olunur.
Shares: