“Barselona” uzun müddətdi davam edən səylərdən sonra "Münhenqladbax "Borussiya"sının qapıçısı Mark Andre Ter Ştegenlə razılığa gəlib. Futbolinfo.az xəbər verir ki, tərəflərin bu ay olmasa belə, yayda alman qolkiperlə sözləşmə imzalayacağını əminliklə söyləmək olar.
Çünki Ter Ştegen dünən Almaniya klubunun müqavilə uzatmaq təklifini rədd edib. Bu isə deməyə əsas verir ki, artıq qapıçı "Barsa" ilə razılaşıb. Almaniya mətbuatının iddiasına görə, Ter Ştegen katalonlarla 4 illik müqavilə imzalanacaq.





