İtaliya A Seriyasında çətin günlər keçirən “Boloniya”da günahkar tapılıb. Futbolinfo.az xəbər verir ki, rəhbərlik baş məşqçi Stefano Piolini işinə məsuliyyətsiz yanaşdığını əsas gətirərək, işdə azad edib.
 
Ötən mövsümü 13-cü pillədə problemsiz şəkildə tamamlayan italyan çalışdırıcı bu mövsüm eyni qrafiki davam etdirə bilməyincə istefaya göndərilib.
 
“Boloniya” yeni baş məşqçinin adını qısa müddətdə açıqlayacağını bildirib.
 
Komanda hazırda A seriyasında 17-ci pillədədi.
Shares: