"İnter"in Türkiyədəki təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, toplanışın 3-cü gününə futbolçular trenajorda çalışmaqla başlayıblar.
 
Sonra məşq isinmə hərəkətlərdən və  müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam saat 17:00-da başlayan məşqdə isə futbolçular topla çalışıblar. Ötürmələr üzərində çalışan futbolçular daha sonra şərti olaraq iki komandaya bölünərək futbol oynayıblar.
 
Hazırlıq planına əsasən "İnter" bu gün də iki məşqə çıxacaq.
Shares: