Türkiyədə təlim-məşq toplanışında olan "İnter"in yoxlama oyunları çərçivəsində qarşılaşacağı rəqiblərdən dördüncüsü müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, "bankirlər"in yanvarın 11-də Hollandiyanın "NWC Asten" klubuyla üz-üzə gəlməsi gözlənilir. Matç yerli vaxtla saat 16:00-da baş tutacaq. Oyun "Titanic Deluxe" otelinin stadionunda keçiriləcək.
Shares: