"Qarabağ"ın Türkiyədəki toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində bu gün səhər çalışmasına yerli vaxtla 11:00-da çıxıb.
"Qarabağ"ın sənər çalışmasında ənənəvi olaraq laktat testi həyata keçirilib. Türkiyənin Niğde universitetindən gəlmiş xüsusi qrup futbolçulardan təlim-məşq toplanışının startında ümumi fiziki hazırlığı müəyyənləşdirmək üçün test götürüblər. Emin Süelin başçılıq etdiyi qrup müəyyənləşdirilmiş ərazidə futbolçuların qaçışla nəbzi arasında yaranmış təsbitə əsasən ümumi analitik ölçülər haqqında bilgilər əldə ediblər.
"Qarabağ"ın 2-ci məşqi yerli vaxtla 17:00-a təyin olunub. Çalışma fitness salonunda baş tutacaq.





