Qış təlim-məşq toplanışını zamanı xaricə üz tutmayan "Sumqayıt" sabah "Rəvan"la yoldaşlıq görüşü keçirəcək. Futbolinfo.az xəbər verir ki, bu görüş "Gənclik şəhəri" təmsilçisinin futbolçuları üçün böyük əhəmiyyət daşıyır.
Belə ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, baş məşqçi Aqil Məmmədov yetirmələrinə son şans verib. Sabah baş tutacaq qarşılaşmadan sonra "Sumqayıt"dan kimlərin gedəcəyinə qərar veriləcək.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti 16:00-da çalınacaq.





