Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun formasını geyindiyi "Rubin" yanvarın 11-də bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Kazan təmsilçisi yanvarın 25-nə qədər Türkiyənin Bələk vilayətində yerləşən "Adora Qolf" otelində məskunlaşacaq. 5 ulduzlu oteldə komanda məşq üçün hovuzdan, fitnes zalından, taktiki hazırlıq otağından yararlanacaq.
 
Öncə isə futbolçular 2013/14 mövsümünün ikinci hissəsi üçün həkim müayinəsindən keçəcək.
Shares: