İngiltərə "Arsenal"ının və Almaniya millisinin üzvü Məsut Özil növbəti dəfə Almaniyada ilin futbolçusu seçilib. Futbolinfo.az xəbər verir ki, türk əsilli yarımmüdafiəçi artıq ardıcıl üçüncü dəfədi ki, bu mükafata layiq görülür.
 
Özil seçicilərin 30 faizinin rəğbətini qazanıb. O, bu mübarizədə Filip Lam və Tomas Müller kimi oyunçuları geridə qoyub.
 
Məsut mükafatı qazandığı qürur hissi keçirdiyini deyib.
Shares: