"Qəbələ"nin müdafiəçisi Kristian Pulhak Rumıniya çempionatına qayıtmaq istəyir. Futbolinfo.az xəbər verir ki, bu barədə rumın futbolçu müdafiəçi özü açıqlama verib.
Yuri Syominin gəlişindən sonra əsas komandadan kənarlaşdırılan Pulhak yenidən Buxarest "Dinamo"sunda oynamaq arzusundadı: "Mən vətəndən gələn təklifdən imtina etməzdim. Məsələn, Buxarest “Dinamo”sundan. “Qəbələ” ilə hələ bir illik müqaviləm var. Əgər maraq olarsa, klub razılaşa və bu halda hər şey ola bilər".
Qeyd edək ki, Pulhak 2010-2013-cü illərdə "Dinamo"nun formasını geyinib.





