Almaniyanın "Bavariya" klubunun aparıcı futbolçusu Aryen Robben mətbuat vasitəsilə klub rəhbərliyinə öz istəyini çatdırıb. Futbolinfo.az xəbər verir ki, o, komandası ilə müqaviləsinin iyunda qüvvədən düşəcəyini xatırladıb və yeni sözləşmə imzalamaq üçün hazır olduğunu bildirib.
 
Hollandiyalı qarşıdakı illərdə də Münhendə qalmaq istədiyini deyib: “Mən futbolçuyam, əvvəlcə klub müqaviləni təzələmək üçün addım atmalıdı. Əgər rəhbərlik burada qalmağımı istəsə, bu məni çox sevindirər. Ancaq müqaviləmi yeniləmək istəyirlərsə, tez davranmalıdılar”.
 
Robben 2009-cu ildən “Bavariya”nın şərəfini qoruyur.
Shares: