“Komandada yoxlanışda olan yalnız bir futbolçu var. Bu da braziliyalı Matiusdu. O, komanda ilə birgə məşq edir”.
 
Bu sözləri futbolinfo.az saytına açıqlamasında “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib. Klub rəsmisi onun taleyinə nə vaxt aydınlıq gələcəyini də bildirib:
 
“Matius sabah oyuna çıxacaq. Ola bilsin ki, məhz bu oyundan sonra onun haqqında qərar verilsin. Əgər tam qərar verilməsə, daha bir oyun da gözləməli olacaq”.
 
Qeyd edək ki, "İnter" sabah Hollandiyanın "Asten" klubuyla qarşılaşacaq.
Shares: