"Mətbuatda baş məşqçi dəqiqləşməmiş artıq köməkçi məşqçilərin təyin olunduğu bildirilir. Bunlar hamısı boş söhbətlərdi. Hələ qərar verilməyib". Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Klub rəsmisi əməkdaşımızla söhbətində baş məşqçinin kimliyinə sabah aydınlıq gələcəyini bildirib: "Bu gün klub daxili iclas keçirilib. Vaxtımız az olduğundan sabah dəqiq qərar veriləcək. Ağasəlim Mircavadovun, Şahin Diniyevin və Böyükağa Hacıyevin "Neftçi"yə gələcəyi bildirilir. Bu şəxslərin hər birinə böyük hörmətimiz var. Klub rəhbərliyi tərəfindən tam fikir formalaşmayıb. Buna görə də hansısa ad açıqlamağımız doğru olmaz. Komanda ayın 12-də Antalyaya sfər edəcək. Bu səbəbdən az vaxtımız qalıb. Ona görə də, biz sabah məşqçinin kimliyinə aydınlıq gətirəcəyik".





