Qış fasiləsindən istifadə edib vətəninə yollanan və orada ailə quran “Xəzər Lənkəran”ın malili futbolçusu Sadio Tounkara artıq ölkəsindən qayıdıb. Futbolinfo.az xəbər verir ki, dünən Bakıya gələn futbolçu bu gün Antaliyaya yollanacaq.
Yarımmüdafiəçi artıq bir neçə gündü orada təlim-məşq toplanışında olan komandasının düşərgəsinə qoşulacaq.





