Düsseldorf “Fortuna”sının hücumçusu Toğrul Erat bildirib ki, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts onu komandasında görmək istəyir. Futbolinfo.az xəbər verir ki, Erat “Bild” nəşrinə bunları söyləyib:
“Foqts istəyir ki, yaxınlarda əsas yığmanın oyunçusu olum. Amma mən hələ gənclər yığmasına çağırılıram. Mənim heç bir Azərbaycan əsli-köküm yoxdu. Mən türkəm və Almaniyada doğulmuşam. Ancaq Azərbaycanın gənclərdən ibarət yığmasının baş məşqçisi Bernard Lippert məni milli komandada görməyi çox istəyirdi. Azərbaycan yığmasına necə düşmüşəm? Mən fotoşəkil və bir neçə sənəd göndərmişdim. İki həftədən sonra mən azərbaycanlı oldum”.





