"Bakı" qış fasiləsindən istifadə edərək İspaniyanın Marbelya şəhərində ilk məşqinə çıxıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbırliyi altında "Quadalmina" otelinin çimərliyində keçirilən məşq bir saat davam edib.
 
Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq baş məşqçinin yeni koməkçisi David Ulloa Qarsiyanın futbolçulara təqdimatı ilə başlayıb. Komanda növbəti məşqini sabah Bakı vaxtı ilə saat 13:00 da keçirəcək.
Shares: