“Xəzər Lənkəran”ın ispaniyalı müdafiəçisi Alvaro Silvanın futbolinfo.az saytına müsahibəsi
 
– Təlim-məşq toplanışı necə gedir?
– Bu toplanış “Xəzər Lənkəran” üçün çox vacibdi. Hamımız bunun əhəmiyyətini dərk edirik. Premyer Liqanın birinci yarısında heç də yaxşı nətiəcələrlə yadda qalmadıq. Heç olmasa bu toplanışda ciddi hazırlaşıb çempionatın ikinci yarısında özümüzü sübut etməliyik. Bütün futbolçuların diqqəti ancaq buna yönəlib.
 
– Yeni transferlər haqqında nə deyərdiz?
– Bizim yerli futbolçulara ehtiyacımız var idi. Baş məşqçimiz bu iki futbolçunu heyətə qatmaqla düz addım atdı. Hər ikisi gənc və keçmiş komandalarında sözlərini demiş futbolçulardı. Hesab  edirəm ki, onlar bizim komandanın gücünə güc qatacaqlar.
 
– Con Toşak yerli bazardan transfer etməklə gedişini tezləşdirdi. Mustafa Dənizli də transerlərə Premyer Liqada top qovan futbolçulardan başladı…
– Əslində Con Toşakla niyə yaxşı alınmadığını bilmirəm. Amma limitə baxanda Mustafa Dənizli düz addım atıb. Limiti nəzərə alsaq, o, buna məcburdu. Həm Slavik, həm də Orxan komandaya tez uyğunlaşmalıdılar. Onlar başqa ölkədən gəlməyiblər ki, bu ölkənin ab-havasına da uyğunlaşmaqda əlavə problem yaşasınlar. Sadəcə, bir az da vaxt keçsə, “Xəzər Lənkəran”a tam öyəşəcəklər.
 
– Bəs, xaricdən futbolçu gətirməyə ehtiac varmı?
– Bunu baş məşqçimiz bilər. Amma hər komandada olduğu kimi, bizdə də yeni futbolçulara ehtiyac var. Nə qədər güclü futbolçular komandaya gəlsə, o qədər də yaxşı olar.
 
– “Xəzər Lənkəran” mövsümün ilk yarısında qapısında çox qol gördü. Sizin də oynadığınız müdafiə xəttindəki boşluqlar daha çox uğursuzluğa səbəb deyil?
– Düşünmürəm ki, müdafiəmizdə elə də ciddi boşluqlar var. Ümumilikdə götürsək, komanda yaxşıdı. Sadəcə, uğur qazanmaq üçün nəsə çatmır. İnanıram ki, mövsümü ikinci yarısında bunu edəcəyik.
 
– Çempionatın ikinci yarısında yuxarılara qalxa biləcəksiz? Xal fərqinə baxanda bu mümkünsüz görünür…
– Mümkünsüz deyilən bir şey yoxdu. Gərək sona qədər inanasan. Biz də inanmaqla hər şey edə bilərik.
 
ELSEVƏR
Shares: