"Tottenhem"in sabiq baş məşqçisi Andre Villaş-Boaş bundesliqa klubunun maraq dairəsindədi. Futbolinfo.az xəbər verir ki, söhbət "Şalke"dən gedir.
Portuqaliyalı artıq bununla bağlı ilk təklifi də alıb. Bu minvalla Villaş-Boaş Qətərdə qış hazırlığı keçən "Bavariya" və "Şalke"nin məşqini izləyib. O, alman klublarını izləməyə gəldiyini və bununla məlumat toplamaq istədiyini bildirib.
"Şalke"nin yaxın günlərdə baş məşqçisi ilə yolları ayıraraq bu posta Boaşı gətirəcəyi gözlənilir.





