“Xəzər Lənkəran”dan gedən daha bir futbolçunun adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Eduard Oriol da komandadan göndərilib.
Toşakın yayda cənub klubunun heyətinə cəlb etdiyi futbolçu ümidləri doğrultmadı. Gəldiyi gündən əvvəlcə əvəzedici heyətdə oynayan, daha sonra isə ehtiyat oyunçular skamyasında oturan Edu ləqəbli futbolçu Mustafa Dənizlinin də diqqətini cəlb edə bilməyib. Məhz bu üzdən “Xəzər Lənkəran” ispaniyalı ilə müqaviləyə xitam verib.





