Alman forvard Miroslav Kloze DÇ-2014-də forma geymək üçün çox həvəslidi. Futbolinfo.az xəbər verir ki, “Latsio”nun şərəfini qoruyan hücumçu yaxşı formada olsa belə, Braziliyaya yollanacaq heyətdə yer ala bilməməkdən qorxduğunu deyib:
 
"Haqqını vermədən DÇ-yə getmək istəmərəm. Onsuz da baş məşqçi də hər oyunçunu elə asanlıqla yığmaya çağırmaz. Həyatda bir çox şeydə olduğu kimi burada dazəhmət çəkib formanı almaq lazımdı. Düşünürəm ki, millidə oynamaq üçün çox çalışmalıyam. Bu ana qədər neçə mundialda oynadığımın fərqi yoxdu”.
 
Xatırladaq ki, 35 yaşlı Kloze bu günədək 3 DÇ-də çıxış edib. Onun bu turnirin tarixində ən məhsuldar oyunçu olması üçün cəmi 1 qola ehtiyacı var.
Shares: