AZAL qış transfer pəncərəsi çərçivəsində ilk transferini həyata keçirib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" "Bakı"nın icarə əsasında "Rəvan"da çıxış edən yarımmüdafiəçisi Rəşad Abduallayevlə rəsmi müqavilə imzalayıb.
"Bakı" ilə qarşılıqlı razılaşma əsasında müqaviləsini pozan Abdullayev 1.5 illik müddət ərzində AZAL-ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Rəşad Abdullayev karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran" və "Qəbələ" kimi klublarda da çıxış edib. "Rəvan"ın heyətində 16 oyun keçirən Abdullayev 1 dəfə fərqlənməyə də imkan tapmışdı.





