İtaliyanın "Milan" klubunun baş məşqçi Massimiliano Alleqri istefaya göndərilib. Futbolinfo.az xəbər verir ki, bu haqda “qırmızı-qaralar”ın rəsmi saytı məlumat yayıb.
Açıqlamada bunlar qeyd olunub: “Klubumuz bu gün etibarilə baş məqşçi Massimiliano Alleqri ilə yolları ayırıb. Rəhbərliyin gəldiyi yekdil qərardan sonra o, klubda tutduğu vəzifədən azad edilib. “Milan”a göstərdiyi xidmətlərə görə, Alleqriyə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq. Yeni baş məqşçinin gəlişinədək komandanı Mauro Tassotti çalışdıracaq”.
Qeyd olunduğu kimi Alleqrini müvəqqəti olaraq asisent-məşqçi Tasotti əvəzləyəcək.
Məlumatınız olsun ki, Alleqri özü rəhbərliklə danışdığını və mövsümün sonunda istefa verəcəyini açıqlamışdı. Lakin görünür son olaraq “Sassuolo” qarşısındakı məğlubiyyət “rossonyerlər”in səbr kasasını daşırıb. Hazırda “Milan”ın A seriyasında 19 turdan sonra 5 qələbəsi var və 22 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, yaxın günlərdə “Milan”ın klubun keçmiş futbolçusu Filipo İnzaqini baş məşqçiliyə gətirəcəyi iddia edilir.





