"Arda müsəlmən dünyasının yeni Məhəmməd Əlisidi". Futbolinfo.az xəbər verir ki, İspaniyanın "El Pais" qəzeti bu gün bu başlıq altında məqalə dərc edib.
Yazının qəhrəmanı Madrid "Atletiko"sunun futbolçusu Arda Turandı. Məqalədə yarımmüdafiəçi haqqında müsbət fikirlər qeyd olunub. 26 yaşlı oyunçunun gündən günə inkişaf etdiyini yazan qəzet onu boks dünyasının müsəlman əfsanəsi Məhəmməd Əliyə bənzədib.
Ardanın La Liqanın son turunda "Barselona" ilə matçdakı çıxışı xüsusilə vurğulanıb.





