İtaliya A Seriyasında növbəti baş məşqçi ayrılığı yaşanıb. Futbolinfo.az xəbər verir ki, “Kataniya”nın baş məşqçisi Luici Di Kanio istefaya göndərilib. Rəhbərlik komandanın cari mövsümdəki uğursuz çıxışını əsas tutaraq onu işdən azad edib.
İtaliya kubokunun 1/8 final mərhələsində “Syena”ya böyük hesablı məğlubiyyətdən sonra onunla yolların ayrılması məqsədəuyğun sayılıb. Di Kanio ümumilkdə məşqçilər korpusu ilə birlikdə “Kataniya”nı tərk edib.
Hazırda komandanın baş məşqçi postuna iki çalışdırıcı namizəddi. Bunlar Rolando Maran və Çiro Ferraradı.
Qeyd edək ki, hazırda “Kataniya” A seriyasında sonuncu sıradadı.





