“Mançester Yunayted”rəhbərliyi portuqaliyalı ulduzu Luiş Nanini satışa çıxarıb. Futbolinfo.az xəbər verir ki, mankunyanlar yarımmüdafiəçi üçün gələn təkliflərə açıq olduğunu bildirib.
Adı “Qalatasaray”, “Monako”, “Zenit” və “Yuventus” kimi klublarla hallanan 27 yaşlı oyunçunun bu ay komandanı tərk edəcəyi gözlənilir. Çünki baş məşqçi Devid Moyes rəhbərliyə bu istiqamətdə hesabat verib. Elə Nani özü də kifayət qədər forma şansı tapa bilmədiyi üçün “Old Traford”dan ayrılmağa mübət yanaşır.
“Qırmızı şeytanlar”ın futbolçuya görə 15-20 milyon avro arasında pul tələb etdiyi bildirilir.





