"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, hazırlığın növbəti günündə çalışma ənənəvi olaraq 11-də start götürüb.
"Qarabağ"ın çalışması 90 dəqiqə davam edib. Daha çox fiziki yüklənmələr üzərində qurulmuş çalışmanın sonunda futbol da baş tutub. Ağdamlıların çalışmasında məşqdə ayağını zədələyən Nikolas Gelaşvili iştirak etməyib. Gürcü forvardın 10 gün sonra sıraya dönməsi gözlənilir. Əvəzində əməliyyatdan çıxan Rəşad Sadıqov və düşərgəyə gec qoşulan Reynaldo da toplu çalışmalarda iştirak edib. Riçard Almeyda isə kross qaçmaqla kifayətlənib.





